Qalibaf Xamenei ilə görüşübbackend

Qalibaf Xamenei ilə görüşüb

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkənin ali rəhbəri Müctəba Xamenei ilə görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə ABŞ-İsrailin İrana qarşı hərbi, iqtisadi müharibəsindəki son proseslər müzakirə olunub.

Tərəflər ölkənin güc amillərinin möhkəmləndirilməsini, parlament deputatlarının milli birlikdə rolu və hökumətlə parlamentin iqtisadi çətinliklərin həlli istiqamətində əməkdaşlığının vacibliyini vurğulayıblar.

Qalibaf sonuncu sərt müharibənin başlanmasından bəri parlamentin fəaliyyəti və gələcək planları barədə hesabat təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*