İndiyədək ABŞ-də ən ciddi daxili siyasi problemlərdən biri irqlərarası münaqişələrdir. 1960-cı illərdə əsl irqi ayrı-seçkiliyin şahidi olanlar hələ də sağdırlar.
Afrikalı amerikalılar ağ məktəblərə gedə, bəzi ştatlarda avtobusların ön oturacaqlarında belə otura bilməzdilər. Belə bir ab-havada ölkənin qaradərili əhalisinin hüquqları uğrunda radikal solçu “Qara Panter”lər partiyası yaradıldı. Dünyada müstəmləkəçilik əleyhinə hərəkat inkişaf etdikcə, afroamerikalıların öz hüquqları uğrunda hərəkatı da böyüdü. Hüquqlar haqqında məlumatlılığa ilikn səbəb İkinci Dünya Müharibəsi idi. Müharibədə qaradərililər də ağ həmkarları qəfər mübarizə apardılar və həlak oldular. Sağ qalanlar isə niyə ağdərililərlə eyni hüquqa layiq olmadıqlarını anlamırdılar. Amma, bu təkan olmasaydı belə zəncilərin səbri gec-tez tükənəcəkdi. 1955-ci il dekabrın 1-də mühüm hadisə baş verdi. Alabama ştatında zəncilər avtobuslarda onlar üçün yerləri tutmalı idilər. Zəncilər avtobusda ağdərili insan oturmasaydı belə öz yerlərindən başqa oturacaqlarda əyləşə bilməzdilər. Həmin gün, 1955-ci il dekabrın 1-də afroamerikalı dərzi Roza Parks Montqomeridəki yerini ağdərili kişiyə verməkdən imtina etdi. Onu dərhal həbs etdilər. Elə həmin il Montqomeridə eyni cinayətə görə daha beş qadın, iki uşaq və çoxsaylı kişi həbs olundu. Bir neçə zənci öldürüldü.
Buna cavab olaraq, Martin Lüter Kinqin təşəbbüsü ilə şəhərin qaradərili sakinləri ictimai nəqliyyata boykot elan etdilər. Bu zaman avtobus şirkətləri ciddi itkilərə məruz qalmışdı. O vaxt bütün avtobus sərnişinlərinin 70%-i qaradərili idi. Beləliklə, 1956-cı ilin yanvarında Martin Lüter Kinqin evinə bomba atıldı və bu, qaradərililər arasında yeni hərəkata səbəb oldu. Bundan sonra hakimiyyət 1956-cı il “anti-boykot” qanununu işə salaraq daha yüz fəalı həbs etdi. Fəallara qarşı məhkəmə prosesləri xaricdə, o cümlədən Avropada da məlum idi.
Bununla belə, təhsil müəssisələrində, ictimai yerlərdə ayrı-seçkilik aradan qalxmadı. 1954-cü ildə bir sıra məhkəmə proseslərindən sonra ABŞ Ali Məhkəməsi müəyyən etdi ki, məktəblərdə irqi ayrı-seçkilik konstitusiyaya ziddir. Lakin cənubdakı ştatlar buna etiraz etdilər. Alabama ştatı federal məhkəmənin tələbini yerinə yetirməkdən boyun qaçırtdı.
1961-ci ildə Corciya ştatının Albany şəhərində qaradərili vətəndaşlar Martin Lüter Kinqin təşəbbüsü ilə ictimai yerlərdə seqreqasiyanın ləğvi üçün kampaniya aparmağa cəhd etdilər. Polisin nümayişləri dağıtması nəticəsində şəhərin bütün qaradərili sakinlərinin ümumi sayının 5%-i həbs edildi.
Etirazın iki yolu
Martin Lüter Kinqin başçılıq etdiyi afroamerikalıların dinc etirazları fonunda ABŞ-də qaradərili gənclərin radikallaşması baş verdi. Zəncilərin dinc yolla Amerika cəmiyyətinə daxil edilməsi ağdərili gəncləri qane etmirdi. Onlar qaradərili əhalinin ABŞ-nin ictimai-siyasi həyatına inteqrasiyasının mümkünlüyünə inanmırdılar.
Panterlərin doğulması
“Qara Panterlər” özünümüdafiə partiyası 1966-cı ilin oktyabrında Oklenddə yarandı. Və o, ABŞ-nin ən məşhur radikal təşkilatlarından birinə çevrildi. Təşkilatın başında “qara separatizmi” müdafiə edən gənclər Bobbi Seale və Hyu Nevton dayanırdı.
Əfsanəvi afroamerikalı lider Malkolm İksin ideyaları Hyu və Bobbinin fikirlərinin formalaşmasına böyük təsir göstərdi.
“Qara Panterlər” yarandığı ilk gündən təkcə millətçi deyil, həm də sosialist təşkilatı kimi formalaşıb.
Afrika milli azadlıq hərəkatının ən mühüm simalarından biri Frants Fanon (1925 – 1961) da “Qara Panterlər”in ideyalarına öz töhfəsini verdi. O, ata tərəfdən Afro-Martinik, ana tərəfdən isə avropalı Alzas kökündən idi. İkinci Dünya Müharibəsi illərində Fransanın azad edilməsində iştirak etmişdi. Daha sonra Əlcəzair xalqının milli azadlıq mübarizəsinə qoşulub və Əlcəzair Milli Azadlıq Cəbhəsinin üzvü idi. 1960-cı ildə o, hətta Əlcəzairin Qanadakı səfiri də təyin olunmuşdu. Lakin Fanon leykozdan əziyyət çəkdiyi üçün ABŞ-a getdi və 1961-ci ildə burada vəfat etdi. Fanon siyasi baxışlarında müstəmləkəçilik əleyhinə mübarizənin və Afrika qitəsinin, eləcə də Afrika-Amerika əhalisinin müstəmləkəçilərin və irqçilərin zülmündən tam azad edilməsinin ardıcıl tərəfdarı idi. Frants Fanonun əsas işi, bir çox “Qara Panter” fəalları üçün əsl fəaliyyət bələdçisinə çevrilən “Lənətlə markalanmış” kitabı idi. Beləliklə, Fanon müstəmləkəçiliyə və irqçiliyə qarşı mübarizədə zorakılığın prioritet olduğunu iddia edirdi, çünki onu məzlumları qul şüurundan azad etmək vasitəsi kimi görürdü.
1968-ci ilin avqustunda Detroit və Los-Ancelesdə “Qara Panterlər”lə polis arasında qarşıdurma baş verdi. Təkcə 1969-cu il ərzində 348 partiya fəalı həbs edilib. 1969-cu ilin iyulunda polis Çikaqodakı “Qara Panter” ofisinə hücum etdi. 1969-cu ilin dekabrında Los-Ancelesdə polislə “Qara Panterlər” arasında beş saatlıq döyüş başladı və burada hakimiyyət yenidən Afrika-Amerika partiyasının yerli ofisini bağlamağa çalışdı. 1970-ci ilin sonunda Qara Panteranın 469 fəalı həbs olundu. Bu müddət ərzində atışmalarda on fəal həlak oldu.
Qara Panterlərin mirası
“Qara Panterlər”in ideologiyası və fəaliyyəti təkcə öz hüquqları uğrunda afroamerikalıların mübarizəsinin gələcəyinə deyil, həm də bütövlükdə mədəniyyətə əhəmiyyətli təsir göstərdi. Panterlərin özləri 1960-70-ci illərin Amerika əks-mədəniyyətinin simvollarıdır. Hyu Nyutonun “İnqilabçı İntihar” kitabı təkcə afroamerikalılar və afrikalılar arasında deyil, dünyanın bir çox ölkələrində radikal gənclərin populyar kitabıdır. “Qara Pantera” partiyasının özü haqqında bir neçə film çəkilib, elmi, publisistik və bədii kitablar yazılıb.
Vəli Həsənoğlu,
KONKRET.az