Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı, bir nəfər öldübackend

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı, bir nəfər öldü

Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisi batıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, “Xoriv” (Khoryv) adlı gəmi Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə batıb.

Məlumata görə, gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10 nəfəri Ukrayna, üç nəfəri isə Azərbaycan vətəndaşıdır.

Hadisə nəticəsində bir dənizçi ölüb, 3 nəfər itkin düşüb, 9 nəfərin isə xilas edildiyi bildirilib.

Yerli vaxtla saat 10:00 radələrində gəmi həyəcan siqnalı verib və Rumıniyanın aidiyyəti qurumları vəziyyətə müdaxilə edib.

Hələlik insidentin səbəbi bilinmir. İlkin və təsdiq olunmamış məlumatlara görə, gəmi dron hücumuna məruz qalıb və nəticədə yanğın baş verib.

Hadisə baş verən zaman gəmi Rumıniyanın ərazi sularından kənarda olsa da, ölkənin dəniz sərhədinə yaxın olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*