Bakıda “Qarabağ”ın qonağı olacaq Niderlandın “Tvente” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşünə ciddi itkilərlə gəlir.
KONKRET.az Niderland mətbuatına istinadən xəbər verir ki, komandanın üç tanınmış siması – Stav Lemkin, Sem Lammers və Kristian Hlinsson zədə üzündən bu vacib matçın iştirak ərizəsində yer ala bilməyəcəklər.
Qeyd edək ki, Niderlandda keçirilən ilk qarşılaşmada “Qarabağ” rəqibini 1:0 hesabı ilə üstələməyi bacarıb. Tərəflər arasındakı həlledici cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.\\oxu.az
