backend

Qarabağın erməni icması Azərbaycanın Bakıda görüş keçirmək təklifinə CAVAB VERDİ

Qarabağın erməni icması Azərbaycan tərəfinin Bakıda görüş keçirmək təklifinə cavab verib.

KONKRET.az xəbər verir ki, Qarabağın erməni icması Azərbaycanın Bakıda görüş təklifindən yenə imtina edib.

“Azərbaycan Prezidenti Administrasiyasının Azərbaycan və Qarabağ nümayəndələri arasında aprelin əvvəlində Bakı şəhərində görüşün keçirilməsi ilə bağlı növbəti təklifi ilə əlaqədar olaraq, biz prinsipial mövqeyimizi bir daha təsdiq etməyi zəruri hesab edirik.

Biz Azərbaycan tərəfi ilə təmaslardan heç vaxt imtina etməmişik. Lakin Azərbaycan tərəfinin səsləndirdiyi görüşün keçirilmə yeri və gündəliyi ilə bağlı şərtləri görüşü mümkünsüz edir.

Biz Rusiyanın sülhməramlı kontingentinin komandanlığının Qarabağda yerləşdiyi yerdə və vasitəçiliyi ilə Azərbaycan nümayəndələri ilə görüşməyə hazır olduğumuzu təsdiqləyirik”, – Qarabağın erməni icmasının nümayəndələri bildirib.

P.S. Azərbaycan səbirlidir, dəfələrlə barışıq və yardım əlini Qarabağ ermənilərinə təklif edib. Lakin bu səbrin də bir həddi var. O hədd çatanda barışıq əli “dəmir yumruğa” çevrilə bilər. Azərbaycan ərazisində yaşayan hər bir xalqın nümayəndəsi Azərbaycan vətəndaşlığını qəbul edir, ayrı-seçkiliyə yol verilmir. Qarabağ ermənilərinin də hələ ki, şansı var və ağıllanıb bu fürsəti dəyərləndirsələr, yaxşı olar.

Xuraman Etibarlı,

KONKRET.az

  • Soznu_ALAyla_bitiren
    Mart 30, 2023 - 17:15

    paskudalar

Soznu_ALAyla_bitiren üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*