Qaradağda 5 otaqlı ev yanıb.
KONKRET.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı kürsülü evin yanar konstruksiyaları 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın, yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.