Qardaş qardaşı qətlə yetirdi – Bakıda DƏHŞƏTbackend

Qardaş qardaşı qətlə yetirdi - Bakıda DƏHŞƏT

Bakıda qətl hadisəsi baş verib.

KONKRERT.az xəbər verir ki, hadisə iyunun 21-i gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teymur Ramazanov mübahisə zəminində qardaşı, 1968-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teyyub Ramazanovu bıçaqlayaraq qətlə yetirib.

Hadisədən sonra Teymur Ramazanov saxlanılıb.

Suraxanı rayon prokurorluğundan “report”a bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*