“Qardaşlıqda da məsafə olmalıdır” – Rəşid Hacılıbackend

“Qardaşlıqda da məsafə olmalıdır” – Rəşid Hacılı

Ha fikirləşirdim ki, İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı çox yaxına buraxıb, onu necə geri itələyə biləcək zamanında, ondan necə qurtula biləcək.

Ərdoğan sərhədləri ayaqlayıb keçə bilən adamdır. Onun qədər güclü deyilsənsə, ara saxlamalısan. Öz oyunlarına alət edə bilər səni.

Ərdoğan “qardaşıq” deyəndə, “Müsəlman qardaşları”nı nəzərdə tutur, deyənlər haqlı çıxırlar.

Azərbaycanın böyük ölkələrin (istər Türkiyə, İstər İran, istər də Rusiya olsun) oyununda iştirak etməsi onu məhv edə bilər. Azərbaycan dərhal zəif bəndə çevrilər.

Bu hicab şousu sanki boş yerdə yarandı.  Amma elə deyil.

Sanki birdən-birə baş nazir məktəbli geyimi ilə bağlı qərar verdi.

İrandan coşdular həmişəki kimi. Türkiyənin köpüklənməsi isə yenilik oldu.

Ay biz Azərbaycana yardım etdik, indi nankorluq edirlər kimi sosial şənəkələrdə sözatmalar başladılar. Görünürdü ki bu yaxşı hazırlanmış kampaniyadır. Sifariş də dibdən gəlib.

İlham Əliyevin “Bizə heç kim yardım etməyib. Hər şeyin pulunu artıqlaması ilə ödəmişik”, deməsi ocağın dibinə yağ tökdü.

AKP komandasını səngərdən dartıb çıxardı.

Ssenari bunun üçün hazırlanmışdısa, hədəfinə çatdı. AKP-dən ara saxlamaq.

Hər kəs öz yerində yaxşıdır.

Qardaşa da bitişmək olmaz. Gigiyenik ara olmalıdır ki, viruslar yayılmasın.

Rəşid Hacılı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*