Qaxda qanunsuz ov edən şəxslər saxlanıldıbackend

Qaxda qanunsuz ov edən şəxslər saxlanıldı

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Ağçay kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı onların Balakən rayon sakini Polad Əmrəliyev və Qax sakinləri Ramil Abbasov, Əhmədiyyə Məmmədov olduqları müəyyən edilib. Həmin şəxslərdən “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl dovşanları götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*