Qazax qardaşlarımız hörmət nümunəsi olaraq bu mahnını ifa ediblər – Hikmət Hacıyevbackend

Qazax qardaşlarımız hörmət nümunəsi olaraq bu mahnını ifa ediblər – Hikmət Hacıyev

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əsnasında rəsmi ziyafətdə Müslim Maqomayevin repertuarından “Синяя вечность” mahnısı səsləndirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

“Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əsnasında rəsmi ziyafətdə Qazax qardaşlarımız Azərbaycan mədəniyyətinə hörmətin nümunəsi olaraq Müslüm Maqomayevin repertuarından “Синяя вечность” mahnısını böyük sevgi və coşqu ilə ifa edirlər”,- H.Hacıyev bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*