Qazaxda axund azyaşlı qıza təcavüz edib? – RƏSMİ AÇIQLAMAbackend

Qazaxda axund azyaşlı qıza təcavüz edib? - RƏSMİ AÇIQLAMA

Qazax rayonunun axundunun rayon məscidində azyaşlı qıza təcavüz etməsi ilə bağlı iddia səsləndirilib. Bildirilib ki, rayon polis şöbəsində işə araşdırma aparılmadan xitam verilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov KONKRET.az-a açıqlamasında iddiaların əsassız olduğunu və böhtan xarakteri daşıdığını söyləyib:

“2016-cı ildə Qazax Rayon Polis Şöbəsinə rayonun sakini T.İ-nin İ.S. tərəfindən tez-tez zəng edilərək narahat edilməsi barədə məlumat daxil olub və müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*