Qazaxıstan Rusiyanı qıcıqlandırmaqda DAVAM EDİR – Türk ekspertdən İLGİNC ŞƏRHbackend

Qazaxıstan Rusiyanı qıcıqlandırmaqda DAVAM EDİR - Türk ekspertdən İLGİNC ŞƏRH

“Mərkəzi Asiyanın iki böyük enerji nəhəngi Qazaxıstan və Türkmənistan eyni zamanda regional enerji təhlükəsizliyində önəmli rol oynayır. Çoğrafi cəhətdən Çinə daha yaxın olan bu ölkələr Çinin enerji bazarında da mühüm yer tuturlar və strateji tərəfdaşlar hesab edilirlər. Çinin enerji ehtiyacının böyük hissəsinin idxal hesabına ödəməsi məlumdur. Deməli, Qazaxıstan və Türkmənistandan idxal edilən neft və qaz bu ölkənin iqtisadiyatında mühüm əhəmiyyətə malikdir”.

KONKRET.az xəbər verir ki, türkiyəli ekspert Ayşe Sürəyya Pekçetin öz məqaləsində Mərkəzi Asiya və Xəzər dənizinin enerji ehtiyatlarının önəmi rolundan danışıb. O vurğulayıb ki, bölgədəki enerji ehtiyatları regional dövlətlərin iqtisadi maraqlarına uyğundur.

O, daha sonra yazır: “Avropaya istiqamətlənən neft və qaz kəmərlərinin böyük hissəsi Rusiya ərazisindən keçdiyindən bu ölkə enerji layihələrindən küllü miqdarda vəsait əldə edir. Amma Qazaxıstanla Çin arasında imzalanan müqavilələr Rusiyanın maraqlarına zərbə vurur. Çünki Qazaxıstanla Çinin  imzaladıqları müqaviləyə görə qazax və türkmən nefti həmin kəmərlər vasitəsilə Çinə çatdırılır. Deməli, bu proyekt Rusiyanı oyundankənar vəziyyətə salır.

Yeri gəlmişkən, dünyanın ən böyük neft istehlakçısı ABŞ-dır. Birləşmiş Ştatlar  orta hesabla gündəlik 19 milyon 960 min barrel neft istehlak edir. Çinin neftə olan tələbatı isə gündəlik 12 milyon 470 min barreldir və onlar istehlak bazarında ikincidirlər. Deməli, gündən-günə böyüyən Çin iqtisadiyyatı həm də böyük enerji eytiyatları tələb edir. Çin isə ehtiyacının əhəmiyyətli hissəsi üçün Orta Asiya bazarına üz tutur.

Çinin Mərkəzi Asiyada əsas partnyorlarından biri də Türkmənistandır. Rəsmi Aşqabad balanslı enerji siyasəti yürüdür. Moskva ilə əməkdaşlığı davam etdirən türkmənlər Çinin enerji təhlükəsizliyinə müsbət yanaşırlar.

Türkmənistan öz neft və qazını Qazaxıstan xəttinə çatdırmaqla Çinə satır və  Qazaxıstan-Çin xəttinin üçüncü tərəfdaşı olduğunu təsdiqləyir. Mərkəzi Asiyadan Çinə nəql edilən qaz ehtiyatları ölkənin enerji ehtiyaclarını ödəmək və enerji təhlükəsizliyini artırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Çinlə Türkmənistan arasında nəhəng qaz layihəsi Trans-Mərkəzi Asiya Boru Kəməri vasitəsi ilə həyata keçirilir.

Xatırladaq ki, enerji resurslarının əhəmiyyətli hissəsinin dünya bazarına çatdırılması Rusiya vasitəsilə həyata keçirildiyindən Mərkəzi Asiya və Xəzəryanı ölkələr Moskvadan asılı vəziyyətdədirlər. Buna görə də Rusiyanın Mərkəzi Asiyada enerji təhlükəsizliyi monopoliyasına son qoymağın vaxtıdır. Bu baxımdan regionun iki ölkəsi Qazaxıstan və Türkmənistan öz enerji siyasətlərini fərqli istiqamətdə qurmaqla Rusiyadan asılılıqlarını azaldacaqlar”.

Məhəmmədəli Xanlaroğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*