Qazaxıstan taxılı Azərbaycandan keçməklə Ermənistana necə aparılacaq?backend

Qazaxıstan taxılı Azərbaycandan keçməklə Ermənistana necə aparılacaq?

Qazaxıstan taxılının ilk partiyası tezliklə Aktau-Bakı marşrutu, daha sonra isə Azərbaycan-Gürcüstan dəmir yolları ilə Ermənistana gətiriləcək.

KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

“Sülh qurulub”, – nazir qeyd edib.

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib.

Ermənistan Respublikası Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*