Qazaxıstanda Azərbaycan vətəndaşı pula görə özünü “oğurlatdırdı”backend

Qazaxıstanda Azərbaycan vətəndaşı pula görə özünü “oğurlatdırdı”

Azərbaycan vətəndaşı Almatıda oğurlanmasını səhnələşdirməkdə şübhəli bilinir.

KONKRET.az “İnterfaks”a istinadən bildirir ki, bu barədə Qazaxıstan DİN-in Mətbuat Xidməti məlumat verib.

Polisin məlumatına görə, 37 yaşlı kişi “oğurlayanlar”ın adından tərəfdaşlarından birinə – Nur-Sultandan olan biznesmenə özünün qanlı şəklini və girovdan azad olunması üçün 100 min dollar məbləğində pul istənilməsi ilə bağlı səsli mesaj göndərib.

Qazax biznesmen polisə müraciət edib. Sonuncu tez bir zamanda aşkar edib ki, adam oğurluğu – sadəcə, “oğurlanan” əcnəbi, onun əmisi oğlu və iki tanışının iştirak etdiyi səhnələşdirmədir.

“Fotoda həqiqətən də Azərbaycan vətəndaşıdır, yalnız onun paltarında qan – dovşanındır, hansının ki, ətini xüsusi atribut üçün kəsiblər”, – şəhərin Kriminal Polis İdarəsinin rəisi Yerkin İnkarov deyib.

Azərbaycan vətəndaşını və onunla əlbir olanları kirayə mənzildə tapıblar. Almatı polisi onların hərəkətlərinə hüquqi qiymət verəcək.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*