Qazaxıstanın əhalisi 105 min nəfər artıbbackend

Qazaxıstanın əhalisi 105 min nəfər artıb

Bu ilin 1 avqust tarixinə Qazaxıstanın əhalisinin sayı 20 604 819 nəfər olub.

KONKRET.az xəbər verir ki, Milli Statistika Bürosunun məlumatına görə, ilin ilk yeddi ayı ərzində ölkə əhalisi 104 997 nəfər, yəni 0,51% artıb. Bu artımın 99 419 nəfəri təbii artımın (doğumların ölümləri üstələməsi), 5 578 nəfəri isə miqrasiya artımının payına düşür.

Əhali sayında ən böyük artım Almatı, Astana və Şımkent şəhərlərində qeydə alınıb. Eyni zamanda, 12 vilayətdə əhali azalıb. Ən çox azalma isə mütləq say baxımından Türküstan, Jambıl və Abay vilayətlərində müşahidə olunub.

1 avqust tarixinə şəhərlərdə 13,2 milyon, kənd yerlərində isə 7,4 milyon nəfər yaşayırdı. İlin əvvəlindən şəhər əhalisi 126,6 min nəfər artıb, kənd əhalisi isə 21,7 min nəfər azalıb.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*