Qazinin intihar etməsi faktı ilə bağlı ARAŞDIRMA APARILIRbackend

Qazinin intihar etməsi faktı ilə bağlı ARAŞDIRMA APARILIR

Daşkəsən rayonunda Vətən müharibəsi iştirakçısı, 1990-cı il təvəllüdlü Fərman Həsənovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

KONKRET.az-ın reporta istinadən məlumatına görə, hazırda Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə Daşkəsənin Pirverdilər kəndində baş verib. Kənd sakini F.Həsənov yaşadığı evdə özünü asaraq intihar edib.

Xatırladaq ki, əsgər F.Həsənov Vətən müharibəsinə könüllü qatılıb, göstərdiyi şücaətlərə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*