Qəbələdə iki avtomobil toqquşubbackend

Qəbələdə iki avtomobil toqquşub

Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Əliağa Mirzalıyevin idarə etdiyi “VAZ-2106” və 1962-ci il təvəllüdlü Adil Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Nəticədə “Opel”də olan sərnişinlər 1965-ci il təvəllüdlü Xariqə Məmmədova, 1999-cu il təvəllüdlü Nurtəkin Məmmədli və 1992-ci il təvəllüdlü Aytəkin ⁠Məmmədova xəsarət alıblar.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*