Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı iş Ali Məhkəmədəbackend

Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı iş Ali Məhkəmədə

Qəbələ rayonunda qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Əlibaba Gəncimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 16-na təyin edilib.

Şikayət hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: 2025-ci il oktyabrın 17-də saat 21 radələrində Qəbələ rayonu Zərgərli kəndi ərazisində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı rayonun Laza kənd sakini, 1976-cı il təvəllüdlü Əlibaba Gəncimovun rayonun Zərgərli kənd sakini Akif Məmmədliyə məxsus fərdi yaşayış evinə silahla hücum edərək həmin evdə yaşayan 1951-ci il təvəllüdlü Gülsadə Məmmədliyevaya atəş açaraq onu qəsdən öldürməsi, sonuncunun nəvəsi 2001-ci il təvəllüdlü Nurlan Məmmədliyevə xəsarət yetirməsinə, N.Məmmədliyevin isə odlu silahdan atəş açaraq Əlibaba Gəncimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.7 və 120.2.4-cü maddəlləri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, öldüyünə görə cəza təyin edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*