Əbu-Dabinin Zayed Milli Muzeyinin mütəxəssisləri min ildən artıq yaşı olan “Mavi Quran” adlanan qədim əlyazma aşkar ediblər.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, kitabın 9-cu əsrin sonu və ya 10-cu əsrin əvvəlinə aid olduğu bildirilib.
Bildirilir ki, kitabın Tunis və ya İraqda hazırlandığı ehtimal olunur. Əlyazmanı təşkil edən 600 perqament vərəqinin yüzdən çoxu günümüzə qədər gəlib çatmayıb.
Onların bəziləri şəxsi kolleksiyaçılardan, digərləri isə dünyanın müxtəlif ölkələrinin muzeylərindədir.
Araşdırmada məlum olub ki, vərəqlərdən birində Nisa surəsinin bir parçası yazılıb.
Məlik,
KONKRET.az