Qəhvəni bu yaşa qədər içmək olmazbackend

Qəhvəni bu yaşa qədər içmək olmaz

Uşaqlara qəhvə içmək olmaz.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, rusiyalı nevroloq və epileptoloq Vasili Plotnikov uşaqların və yeniyetmələrin nə vaxtdan qəhvə içə biləcəyini izah edib.

Onun sözlərinə görə, beynəlxalq tibbi tövsiyələrə əsasən 14 yaşadək uşaqlara qəhvə içmək məsləhət görülmür. Bu yaşa qədər gündəlik kofein miqdarı 50 milliqramdan çox olmamalıdır.

Həkim bildirib ki, 14 yaşdan etibarən sutkada 100 milliqrama qədər kofein qəbul etmək mümkündür. Bu da təxminən bir fincan üyüdülmüş qəhvəyə və ya iki fincan yüngül qəhvəyə bərabərdir. Plotnikovun sözlərinə görə, kofeini çox qəbul etmək yeniyetmələrdə narahatlıq, aqressiv davranış, həddindən artıq həyəcan, baş ağrısı və davranış pozuntularına səbəb ola bilər.

Mütəxəssis əlavə edib ki, kofein yalnız qəhvədə deyil, digər içkilərdə də var. Onun fikrincə, 14 yaşadək uşaqlara 0,33 litrdən çox kola içmək olmaz. Həmçinin, bəzi uşaqların sevdiyi şirin qara və yaşıl çaylarda da kofein mövcuddur.

Plotnikov vurğulayıb ki, enerji içkiləri 18 yaşadək tamamilə qadağandır. Çünki onların tərkibində adətən hər bankada ən azı 150 milliqram kofein olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*