Qətl törətməkdə şübhəli sayılan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıbbackend

Qətl törətməkdə şübhəli sayılan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb

Gürcüstanın Samtsxe-Cavaxeti rayonunda 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İnterpol”un axtarış siyahısında yer alan, 2015-ci ildə qətl törətməkdə şübhəli sayılan 1989-cu il təvəllüdlü T. C Samtsxe-Cavaxeti Polis Departamentinin Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Məlumatda hazırda ekstradisiya prosedurlarının başladıldığı qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*