Qıza təcavüz etdikdən sonra 27 metrlik körpüdən aşağı tulladı – FOTOLARbackend

Qıza təcavüz etdikdən sonra 27 metrlik körpüdən aşağı tulladı – FOTOLAR

Soçidə 24 yaşlı qız vəhşicəsinə öldürülüb. Konkret.az rus mediasına istinadla xəbər verir ki, Dayana Bartaşeviç avqustun 30-da işdən gecə evə qayıdırmış. Sən demə, o, naməlum şəxs tərəfindən izlənilirmiş…

İki gün sonra qızın cəsədi Vereşaqinskiy körpüsünün altından tapılıb.

Məlum olub ki, bədbəxt qız şəxsiyyəti istintaqa məlum olmayan cani tərəfindən qarət olunub. Qız əvvələ zorlanılıb. Qarət edildikdən sonra öldürülüb.

Yaxınları deyir ki, qız qənaət etmək üçün işdən evə piyada getmək istəyib. Lakin onun bu niyyəti baş tutmayıb.

Cəsədin yaxınlığında çanta və telefon tapılmayıb. Müşahidə kameraları vasitəsi ilə cinayətkarın qurbanına necə hücum etdiyi əks olunub.

Qətlin istintaqı davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*