Qonaq olduqları evin sahibini bıçaqlayıb 190 manatını apardılarbackend

Qonaq olduqları evin sahibini bıçaqlayıb 190 manatını apardılar

İyunun 7-də saat 21 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədovun sərxoş halda bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

KONKRET.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla S.Məmmədovun evinə qonaq gəlmiş əvvəllər məhkum olunmuşlar – Ağalarbəyli kənd sakini E.Nuriyevin və Şamaxı rayon sakini R.Səfərovun ona bıçaqla xəsarət yetirərək 190 manat pulunu almaları müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər – E.Nuriyev və R.Səfərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*