Qonşusunun 12 baş qoyununu oğurlayan şəxs tutuldubackend

Qonşusunun 12 baş qoyununu oğurlayan şəxs tutuldu

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində avqust və sentyabr aylarında həmkəndlisinə məxsus xırdabuynuzlu heyvanları oğurlayan şəxs müəyyən edilərək saxlanılıb.

KONKRET.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli rayon Göbəktala kənd sakini H.Əliyev RPŞ-yə ərizə ilə müraciət edərək, ona məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər məhkum edilən İbrahim İsmayılov saxlanılıb.

Araşdırmalarla onun 12 baş qoyun oğurlamaqla şikayətçiyə 1 500 manatdan artıq ziyan vurduğu müəyyən olunub.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*