Qoz alarkən diqqətli olun – Satıcıların istifadə etdiyi üsul açıqlandıbackend

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Bəzi satıcılar qozun daha təravətli və nəm görünməsi, eyni zamanda çəkisinin artırılması məqsədilə onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətinə mənfi təsir göstərir və insan sağlamlığı üçün müəyyən risklər yarada bilər.

KONKRET.az xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri ilə fərqlənir. Ancaq sonradan su ilə nəmləndirilən qozun saxlanma müddəti azalır. Məhsulda rütubətin yüksək olması isə maya və kif göbələklərinin çoxalması üçün əlverişli şərait yaradır.

Alıcılar da bu halla qarşılaşdıqlarını bildirirlər. Onlardan biri aldığı qozun içərisində kiflənmiş nümunələrə rast gəldiyini deyib. Onun sözlərinə görə, bu, qozun nəm şəraitdə saxlanılması və ya qəsdən suya salınması ilə əlaqəli ola bilər.

Qax rayonunun sakinləri bu il qoz ağaclarında məhsuldarlığın əvvəlki illərlə müqayisədə aşağı olduğunu söyləyirlər. Bununla yanaşı, təbii yaş qozu süni şəkildə isladılmış məhsuldan ayırmaq mümkündür.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qozun normadan artıq nəmləndirilməsi onun keyfiyyətini aşağı salır. Məhsul vaxtında qurudulmadıqda, xüsusilə kisələrdə və hava dövranı olmayan yerlərdə saxlanıldıqda, kiflənmə ehtimalı daha da artır.

Məsələ ilə bağlı mikrobiologiya İnstitutunun baş direktoru Pənah Muradovun sözlərinə görə, suda saxlanılan qozda müxtəlif mikroorqanizmlər, o cümlədən maya və kif göbələkləri inkişaf edə bilər.

O bildirib ki, bu mikroorqanizmlər qozun qida dəyərini azaltmaqla yanaşı, bəzi hallarda sağlamlıq üçün təhlükəli maddələrin yaranmasına da səbəb olur. Kif göbələklərinin müəyyən növləri isə toksik və kanserogen xüsusiyyətlərə malik mikotoksinlər istehsal edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*