Zaporojye AES-in xarici enerji təchizatının bərpası təxminən bir həftə çəkəcək.
KONKRET.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.
“Biz nəhayət tunelin sonundakı işığı gördük, baxmayaraq ki, stansiyanın elektrik şəbəkəsinə qoşulmasının bərpası bir qədər vaxt aparacaq – təmirin təxminən bir həftə davam edəcəyi gözlənilir”, – deyə Qrossi bildirib.