Qubada məscidin xalçalarını oğurlayan qadın saxlanıldıbackend

Qubada məscidin xalçalarını oğurlayan qadın saxlanıldı

Quba Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən məscidlərin birindən xalçaların oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçaların Şabran rayonu, Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı müəyyən edilib.

İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda xalçaları oğurladığını bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*