Qudasını bıçaqlayıb hadisə yerindən qaçdıbackend

Qudasını bıçaqlayıb hadisə yerindən qaçdı

Göygöl rayonunda 51 yaşlı kişi qudasını bıçaqlayaraq hadisə yerindən qaçıb.

KONKRET.az xəbər verir ki, rayonun Topalhəsənli kənd sakini, 1965-ci il təvəllüdlü Nemət Yusubov şəhər ərazisində fəaliyyət göstərən bazarların birində şəxsi münasibət zəmnində öz qudası, 1963-cü il təvəllüdlü Elxan Abdullayevə bir bıçaq zərbəsi ilə daxilə keçən bədən xəsarəti yetirib.

Daha sonra hadisə yerindən qaçan N. Yusubovun axtarışları davam etdirilir. E. Abdullayev isə xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*