Qurban bayramı öncəsi heyvan bazarında qiymətlər – VİDEObackend

Qurban bayramı öncəsi heyvan bazarında qiymətlər – VİDEO

Qurban bayramına sayılı günlər qalıb. Heyvandarlıqla məşğul olanlar və satıcılar, hər il olduğu kimi bu il də xırdabuynuzlu heyvanlara tələbatın olduğunu bildirirlər. 

KONKRET.az xəbər verir ki, paytaxtda qurbanlıq quzuların satışı ilə məşğul olanlar minimal qiymətin 20 manat olduğunu, lakin heyvanın çəkisinə nisbətən qiymətin də dəyişdiyini vurğuladılar.

Bölgələrdə də qiymətlərin dəyişməz olaraq qaldığı bildirilir. Bərdə rayonunda satıcılar isə qurbanlıq xırdabuynuzluların qiymətinin 15 manatdan başladığını dedilər.

Qərb rayonlarından olan Tovuzda isə bildirildi ki, heyvan satışına tələbat azalıb. Amma, ümumilikdə Qurban bayramı ilə əlaqədar qiymətlərdə 20, 30 manat artım müşahidə olunur.

Ətraflı Xəzər TV-nin videomaterialında:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*