Qusarda əməliyyat – FOTOLARbackend

Qusarda əməliyyat – FOTOLAR

Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər üç dəfə məhkumluq həyatı yaşamış 57 yaşlı Azər Məmmədkərimov Qusar rayonu Avaranqışlaq kəndi ərazisində saxlanılıb. Burada hal şahidlərinin iştirakı ilə onun üzərində keçirilən axtarış zamanı ondan 29 ədəd kağız bükümlərdə narkotik maddə olan heroin, 8 ədəd kağız bükümlərdə güclü təsiredici psixotrop maddə olan metamfetamin, eləcə də iki ədəd metadon həbləri aşkar olunaraq götürülüb.

İlkin dindirilmə A.Məmmədkərimov narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Cəlal Fərzəliyev

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*