Ramiz Göyüşovdan rüşvət alarkən yaxalanan sayt rəhbəri HƏBS EDİLDİ – YENİLƏNİB-2backend

Ramiz Göyüşovdan rüşvət alarkən yaxalanan sayt rəhbəri HƏBS EDİLDİ – YENİLƏNİB-2

“Azadinfo.az” saytının rəhbəri Mahir Xəttabın barəsində həbs qətimkan tədbiri seçilib.

KONKRET.az xəbər verir ki, bu barədə onun vəkili Mehman Muradlı məlumat verib.

Bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə jurnalistin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun sözlərinə görə, Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 000 manat aldığını etiraf edib: “Mahir Xəttabın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb”.

Xatırladaq ki, “Azadinfo.az” saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

***

15:24
Azadinfo.az saytının rəhbəri Mahir Xəttab rüşvət alarkən yaxalanıb.

KONKRET.az xəbər verir ki, bu barədə trend-ə Mahir Xəttabın vəkili Mehman Muradlı deyib.

Vəkil bildirib ki, Mahir Xəttabla görüşüb və faktla bağlı maraqlanıb. Sayt rəhbəri etiraf edib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda Mahir Xəttab barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə Binəqədi Rayon Məhkəməsinə aparılır.

Vəkil bildirib ki, Mahir Xəttab barəsində həbs qətimkan tədbiri seçiləcəyi təqdirdə məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

***

10:37
Azadinfo.az saytının rəhbəri Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən KONKRET.az-a faktı təstiqləyiblər.

Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Azadinfo.az saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*