Ramiz Mehdiyev MƏHKƏMƏYƏ VERİLDİbackend

Ramiz Mehdiyev MƏHKƏMƏYƏ VERİLDİ

İşdən çıxarılan daha bir direktor AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevi məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) keçmiş direktoru Zülfüqarova Sevil Kamil qızı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib. O, işə bərpa olunmasını tələb edir. İcraata götürülən məhkəmə prosesə hakim Mədinə Bağırova sədrlik edəcək.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 20 noyabr 2020-ci il tarixində keçirilən iclasında yekdilliklə qəbul edilmiş qərara əsasən ilk növbədə işində yol verdiyi ciddi nöqsanlar, həmçinin cəmiyyətdə tanınan şəxslərin məqalələrini mənimsəyərək öz imzası ilə təqdim etdiyi nəzərə alınmaqla AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru S.Zülfüqarova tutduğu vəzifəsindən azad edilib./unikal.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*