Ramiz Mehdiyevin kürəkəni əsəbiləşdi: “Boş söhbətlər etməyin”backend

Ramiz Mehdiyevin kürəkəni əsəbiləşdi: “Boş söhbətlər etməyin”

Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev TV Müsavatın baş redaktoru Sevinc Telmanqızına açıqlama verib.

KONKRET.az xəbər verir ki, S.Telmanqızı ona R.Mehdiyevin həbsi, durumu, ailənin istintaqa çağıırlması ilə bağlı suallar ünvanlamaq istəsə də, İ.Əliyev barəsində yayılanlara münasibət bildirib.

O, deyib ki, iki gündür mətbuatda barəsində yayılan xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur:

“Mən sizin efiri, telekanalı izləyirəm. Sosial problemlərlə, insanların həyatı ilə bağlı faktlar deyirsiniz. Hər zaman baxıram sizə. Amma faktları dəqiqləşdirin: mənim Elmlər Akademiyasında obyektim yoxdur. Öncə faktları dəqiqləşdirin. Mənim mağazam, iaşə obyektim yoxdur. Mənim müəssisəm var”.

İ.Əliyev R.Mehdiyevlə bağlı sualı isə cavablandırmaqdan imtina edərək, zəngi sonlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*