Rayon sakininin 9 min dolları əlindən alındıbackend

Rayon sakininin 9 min dolları əlindən alındı

Qazax sakininə 4 nəfər tərəfindən zor tətbiq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinə Canallı kəndindəki evlərin birində 4 nəfərin H.Bayramova zor tətbiq edərək 9400 ABŞ dollarını alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Qazax şəhər sakinləri K. Əhmədov, R.Nəsibov və R. Abdullayev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla ev sahibəsi T.Camalovanın da həmin şəxslərlə əlbir olması müəyyən edilib və o da saxlanılıb.

Faktla bağlı Qazax RPŞ tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*