Read Qasımov paytaxt sakinlərini qəbul edibbackend

Read Qasımov paytaxt sakinlərini qəbul edib

Oktyabrın 23-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində növbəti vətəndaş qəbulu keçirilib.

KONKRET.az xəbər verir ki, Vətəndaş məmnunluğunun artırılması və müraciətlərə operativ baxılmasının təmin edilməsi məqsədilə təşkil olunan qəbul zamanı paytaxt sakinlərinin tikinti və istismara icazə prosedurları, eləcə də şəhərsalma və tikinti qanunvericiliyinin tətbiqi ilə bağlı müraciətləri dinlənilib.

Baş İdarənin rəisi Read Qasımov vətəndaşların qaldırdıqları məsələlərlə bağlı ətraflı izahlar verib, həlli ilə bağlı müvafiq məlumatlandırma aparıb. Əlavə araşdırma tələb edən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və tədbir görülməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*