“Real”ın oyunu azərbaycanlı referiyə tapşırıldıbackend

“Real”ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb.

AFFA-dan KONKRET.az-a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Roma” (İtaliya) – “Real Madrid” (İspaniya) oyununu idarə edəcək.

Umudluya yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.

Oktyabrın 14-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*