Regionda yeni təhlükə: bu virusa yoluxma halları sürətlə artırbackend

Regionda yeni təhlükə: bu virusa yoluxma halları sürətlə artır

Rusiyanın regionlarında suçiçəyi halları kəskin artıb.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

“Yamalda 2025-ci ilin əvvəlindən 2024-cü ilin eyni dövrü ilə müqayisədə suçiçəyi xəstəliyinə yoluxma halları 67 faiz artıb. Səhiyyə Nazirliyinin məlumatına görə, analoji vəziyyət Başqırdıstanda da yaranıb, burada xəstələnmə nisbəti iki dəfə artaraq 16,500 nəfərə çatıb.

Bu il 14 apreldə Voronej və Orenburq vilayətlərində də suçiçəyi ilə bağlı artım qeydə alınıb. Altayda son yeddi ayda 1400-dən çox insan bu təhlükəli infeksiyaya yoluxub. Amma  Smolensk vilayətində yoluxma hallarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,45 faiz azalıb”, – deyə bildirilib.

Qeyd olunub ki, Rusiyada yoluxmuşlar arasında uşaqların nisbəti 94,8 faiz təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*