“Ritom” Su Elektrik Stansiyasında güclü partlayış: Xəsarət alanlar var — FOTObackend

"Ritom" Su Elektrik Stansiyasında güclü partlayış: Xəsarət alanlar var — FOTO

İsveçrənin Tiçino kantonunda yerləşən “Ritom” su elektrik stansiyasında partlayış baş verib və nəticədə binanın bir hissəsi uçub.

KONKRET.az xəbər verir ki, hadisə yerində xilasedicilər və yanğınsöndürənlər çalışır, ərazi polis tərəfindən mühasirəyə alınıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb, dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur. Partlayışın hələ işlək olan stansiyada, yoxsa istismara verilməsi 2027-ci ilə planlaşdırılan yeni obyektdə baş verdiyi hələlik müəyyənləşdirilməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*