İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub.
KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanın vəsatətini təmin edib.
