Robotaksilər işə salınacaqbackend

Robotaksilər işə salınacaq

“Uber”, “Nvidia” və “Autobrains” şirkətləri Almaniyanın Münhen şəhərində sürücüsüz robotaksi xidmətini istifadəyə verməyi planlaşdırdıqlarını elan ediblər.

KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine” nəşri məlumat yayıb.

Bildirilir ki, yeni xidmət “Uber”in taksi sifarişi platformasını, “Nvidia” tərəfindən hazırlanmış “Nvidia Drive Hyperion” pilotsuz idarəetmə platformasını və “Autobrains” şirkətinin süni intellektə əsaslanan texnologiyalarını özündə birləşdirəcək.

Şirkətlərin birgə bəyanatında xidmətin tam olaraq nə vaxt istifadəyə veriləcəyi açıqlanmasa da, robotaksilərin artıq bu il fəaliyyətə başlamasının nəzərdə tutulduğu qeyd olunub. Layihənin reallaşması üçün ilk növbədə Almaniyanın müvafiq tənzimləyici qurumlarından rəsmi icazənin alınması tələb olunur.

Həmçinin bildirilib ki, “Autobrains” proqram təminatı ilə təchiz olunmuş xüsusi avtomobil hazırda Münhen küçələrində sınaq rejimində hərəkət edir.

Qeyd edək ki, sürücüsüz taksilər artıq ABŞ və Çində kifayət qədər geniş istifadə olunur. Avropada ilk belə xidmət isə bu ilin may ayının əvvəlində Xorvatiyanın Zaqreb şəhərində fəaliyyətə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*