Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo futbol üzrə dünya çempionatları tarixində altı fərqli mundialda qol vuran ilk futbolçu olub.
KONKRET.az xəbər verir ki, təcrübəli forvard dünya çempionatının qrup mərhələsinin ikinci turunda Özbəkistan yığmasına qarşı keçirilən oyunun 6-cı dəqiqəsində fərqlənib.
Bu qoldan sonra hesab Portuqaliyanın xeyrinə 1:0 olub.
Ronaldo bu göstərici ilə yeni rekord müəyyənləşdirib.
O, daha əvvəl bu rekordu beş dünya çempionatında qol vurmuş Argentina millisinin kapitanı Lionel Messi ilə bölüşürdü./APA
