Ronaldo sərxoş halda kameraya yaxalandı – Azarkeşlər “dəliyə döndü”backend

Ronaldo sərxoş halda kameraya yaxalandı - Azarkeşlər "dəliyə döndü" 

Əfsanəvi keçmiş futbolçu Ronaldo (Yekədiş) sərxoş vəziyyətdə kameraların obyektivinə düşüb.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, o, məkanların birindən çıxarkən görüntülənib.

Onun sahibi olduğu klub “Valyadolid”in “Barselona”ya uduzduğu matç sonrası bu halı azarkeşləri hiddətləndirib. Klub tarixlərində ilk dəfə ardıcıl 8 oyunda məğlub olub. Bu nəticələrlə gələn il aşağı liqada – Sequndada mübarizə aparacaq.

Komanda azarkeşləri Ronaldodan narazıdırlar və klubun satılmağını tələb edirlər.

Onlardan bəzilərinin fikirləri belə olub:

“Valyadolid”imiz ölmür, öldürülür və satışsız keçən hər gün çuxur daha da dərinləşir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*