Rövşən Lənkəranskinin qardaşı axtarışa verilib? – AÇIQLAMAbackend

Rövşən Lənkəranskinin qardaşı axtarışa verilib? - AÇIQLAMA

“Mənim “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun ölümündə şübhəli qismində axtarışa verilməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Nadir Səlifovun qətli ilə bağlı heç bir əlaqəm yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri unikal.org-a açıqlamasında Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev deyib. N. Caniyev “Lotu Quli”nin qətli ilə bağlı hər şeyin aydın olduğunu da bildirib: “Adım bu qətldə niyə hallandırılır? Öldürən şəxs məlumdur. Mən niyə axtarışa verilməliyəm ki?”

Xatırladaq ki, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun qətlində şübhəli bilinən 4 nəfərin işi məhkəməyə göndərilib.

Qeyd edək ki, Türkiyə mətbuatında sözügedən qətlə bağlı Namiq Canıyevin axtarışa verildiyi ilə bağlı xəbərlər yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*