“Rubl sürətlə ucuzlaşır, dollar isə…” – Bəs manatı nələr gözləyir? – TƏCİLİ AÇIQLAMAbackend

"Rubl sürətlə ucuzlaşır, dollar isə..." - Bəs manatı nələr gözləyir? - TƏCİLİ AÇIQLAMA

“Azərbaycan manatı hökumət tərəfindən tənzimlənir və bu məqsədlə hər ay bir neçə dəfə Dövlət Neft Fondu hərraclarda dollar satışı həyata keçirir. Bu proses əsasən bankların xarici valyutaya olan tələbatının ödənilməsi və manatın məzənnəsinin sabit saxlanılması məqsədini daşıyır”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:

Kənd təsərrüfat məhsullarındakı bahalaşmanın İLGİNC SƏBƏBLƏRİ - Nələrə  diqqət edilməlidir? | KONKRET

“Dünyada ən geniş dövriyəyə malik valyuta ABŞ dollarıdır. Dolların gücü yalnız onun dəyəri ilə deyil, həm də əhatə etdiyi coğrafi sahə ilə ölçülür. Dollar demək olar ki, bütün ölkələrdə tərəddüdsüz qəbul olunur və bu da onun arxasında ABŞ iqtisadiyyatının dayandığını göstərir. Məhz buna görə də Azərbaycan dövləti manatın məzənnəsini dollara nisbətdə sabit saxlamağa çalışır ki, bu da digər valyutalar qarşısında sabitliyin təmin olunmasına xidmət edir”.

Ekspert bildirib ki, bu siyasət fonunda Rusiya rublunun ucuzlaşması manata ciddi təsir göstərmir. Lakin bunun dolayı təsirləri iqtisadi dövriyədə hiss olunur.

“Belə ki, Azərbaycan Rusiyaya mal ixrac etdikdə, həmin məhsullar rubl ilə satılır. Rublun dəyərinin aşağı düşməsi isə malın qiymətinin artmasına səbəb olur. Bu halda istehlakçılar əvvəlki qədər məhsul əldə edə bilmədiklərindən alış həcmini azaldırlar. Məsələn, bir alıcı əvvəllər 1000 rubla 5 kiloqram pomidor alırdısa, indi pomidorun qiyməti 2000 rubla qalxdıqda cəmi 2,5 kiloqram almağa üstünlük verir. Bu da dövriyyənin aşağı düşməsinə və nəticədə sahibkarların gəlirində azalmaya səbəb olur”.

A.Nəsirli vurğulayıb ki, əgər Azərbaycan Rusiyadan məhsul idxal edirsə, rublun ucuzlaşması ölkə üçün müəyyən üstünlüklər yaradır.

“Yəni bu zaman Azərbaycan ucuz valyuta ilə mal almış olur. Bütövlükdə isə rublun ucuzlaşması dövlət və valyuta baxımından Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərmir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*