Rus hərbçilərdən şok addım: Görün pul qazanmaq üçün hansı əmələ əl atırlar…backend

Rus hərbçilərdən şok addım: Görün pul qazanmaq üçün hansı əmələ əl atırlar...

Rusiyada cəbhədən götürülmüş silahların alveri ilə məşğul olan hərbçilərə qarşı cinayət işlərinin sayı sürətlə artır.

KONKRET.az xəbər verir ki, müharibə başlayandan bəri belə işlərin sayı azı 3 dəfə artıb.

Məlumata görə, əgər əvvəllər qarnizon məhkəmələri ildə onlarla işə baxırdısa, indi söhbət yüzlərlə işdən gedir.

Belə hadisələrin dörddə biri sərhəd bölgələrində, Kursk vilayətində və ilhaq edilmiş Krımda baş verir, burada qeyri-qanuni insan alveri sxemləri daha çox aşkar edilir. Belə ki, cəbhədən Rusiyaya hər şey ixrac olunur: Makarov tapançaları, Kalaşnikov avtomatları, xarici tüfənglər, qumbaralar və hətta qumbaraatanlar.

“Qara bazarda” silahlar qəpik-quruşlara başa gəlir. Pulemyotlar 10-15 min rubla, qumbaralar isə bir neçə minə satılır. Əsgərlərdən biri jurnalistlərə etiraf edib ki, satışda heç bir problem yoxdur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*