Rusiya azərbaycanlıları deportasiya etdibackend

Rusiya azərbaycanlıları deportasiya etdi

Rusiyanın Nijni Novqorod vilayətində miqrasiya qanunvericiliyini pozduqlarına görə altı xarici vətəndaş deportasiya olunub.

KONKRET.az lent.az-a istinadən bildirir ki, Misir, Azərbaycan və Qırğızıstandan gəlmiş əcnəbilər Rusiya Federasiyası ərazisinə giriş və ya qalma qaydalarını pozduqları üçün vilayətdən çıxarılıb. Onların ölkədə müvəqqəti yaşama və işləmək hüququnu təsdiqləyən sənədləriolmayıb.

Qanun pozucularına növbəti beş il ərzində Rusiyaya giriş qadağası qoyulub.

İlin əvvəlindən Nijni Novqorod vilayətindən 600-dən çox miqrant regiondan çıxarılıb. Deportasiya olunanların əsas hissəsini Ermənistan, Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistandan gələn şəxslər təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*