Rusiya BMT-yə Ermənistandan şikayət etdi – TƏFƏRRÜATbackend

Rusiya BMT-yə Ermənistandan şikayət etdi - TƏFƏRRÜAT

Rusiya Federasiyasının Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı Şurası politoloq Miqranyanın Ermənistana buraxılmaması ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına müraciət edib.

KONKRET.az xəbər verir ki, məktubda Volker Tyurk və beynəlxalq ictimaiyyətə müraciət edilib, müvafiq formada erməni hakimiyyətinin yanlış hərəkətlərinin pislənməsi istənilib.

“Biz həmçinin Rusiya vətəndaşı Andranik Miqranyanın hüquqlarının kobud şəkildə pozulmasının nəticələrini aradan qaldırmaq üçün öz nüfuzunuzdan və rəsmi Yerevana təsir etmək üçün bütün mümkün vasitələrdən istifadə etməyinizi xahiş edirik”, – Daimi Komitəsinin müraciətində deyilir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*