Rusiya, Çin və ABŞ liderlərinin sammiti nə vaxt keçiriləcək?backend

Rusiya, Çin və ABŞ liderlərinin sammiti nə vaxt keçiriləcək?

Rusiya, Çin və ABŞ liderlərinin sammiti hələlik yalnız ideyadır.

KONKRET.az xəbər verir ki, Rusiya, Çin və ABŞ liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi istisna edilmir. Lakin hazırda belə bir sammitin hazırlanmasından danışmaq tezdir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşü ilə bağlı ideya mövcuddur və bu məsələ artıq ictimai müzakirəyə çıxarılıb. Bununla belə, ideyanın konkret olaraq sammitin hazırlanması mərhələsinə keçdiyini söyləmək hələ tezdir.

Ryabkov qeyd edib ki, əsas məsələ belə görüşün məzmununun necə formalaşdırılacağı və nəticədə hansı məqsədlərin əldə olunacağının müəyyənləşdirilməsidir.

Diplomatın sözlərinə görə, xüsusilə yüksək səviyyədə keçirilən beynəlxalq görüşlərin özü mühüm əhəmiyyət daşıyır və lazımi siyasi mesajlar verə bilər.

Ryabkov əlavə edib ki, Rusiya, Çin və ABŞ liderlərinin iştirakı ilə belə üçtərəfli format əvvəllər tətbiq edilməyib. Buna görə də hazırda məsələ ilə bağlı əlavə məlumat vermək mümkün deyil.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*