Rusiya FSB-si ukraynalı könüllünü oğlu ilə şantaj edir – VİDEObackend

Rusiya FSB-si ukraynalı könüllünü oğlu ilə şantaj edir - VİDEO

Mariupollu sahibkar, hazırda isə könüllü və hərbçi olan Mixail Purişev yayımladığı videoda bildirib ki, Rusiya xüsusi xidmət orqanları ona ultimatum verib.

KONKRET.az xəbər verir ki, Purişevin sözlərinə görə, ondan FSB-yə kömək etmək tələb olunub. Əks halda oğlunun təhlükəsizliyinə zəmanət verilməyib və uşağın öldürülə biləcəyi ilə hədələnib.

Purişev bildirib ki, o, üçüncü variantı seçib — oğlunun sağ qalması üçün Rusiyaya getmək qərarına gəlib.

Videoda onun qarşı tərəfdəki şəxslərlə söhbətindən qısa bir hissə də yer alıb.

Videonun sonunda verilən məlumata görə, Mixail Purişev artıq Moskvaya gedən təyyarədədir. Onu Rusiyada “filtrasiya” proseduru gözləyir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*