“Rusiya hücum edəcək, hazır olun” – Almaniyadan XƏBƏRDARLIQbackend

"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ

Almaniyanın ordusunun baş komandanı, general-leytenant Kristian Freydinq bildirib ki, NATO daxilində mövcud kəşfiyyat qiymətləndirmələrinə əsasən, Rusiya 2029-cu ilədək və ya daha əvvəl NATO ölkələrindən birinə hücum etmək imkanına sahib ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Politico nəşrinə istinadən məlumat verilir.

Freydinqin sözlərinə görə, Qərb ölkələri arasında bu ehtimala dair ümumi razılaşma mövcuddur və NATO-nun 32 üzvü Rusiyanın onilliyin sonuna qədər alyans ölkələrindən birinə qarşı hərbi əməliyyat başlatmaq potensialını nəzərdən keçirir.

O,  vurğulayıb ki, Almaniya və NATO döyüşə hazır vəziyyətdə olmalıdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*